F-1.az xatırladır ki, Red Bull komandası Rikkardo və Ferstappen ilə ikiillik müqavilə bağladıqdan sonra Saynsın taleyi hamıya maraqlı idi. İki ildir ki, Toro Rosso-da çıxış edən Saynsın gələn il də italyanların heyətində qalması gözlənilirdi, amma İspaniya mətbuatı ortaya yeni bir iddia atıb.
Marca nəşrinin verdiyi xəbərə əsasən, Renault 2017-ci il üçün Saynsı transfer etmək istəyir və Red Bull ilə hazırda danışıqlar aparır. Xəbərdə deyilir ki, iki komanda arasında gedən danışıqlar Kanada QP-dən bəri davam edir.
Red Bull 2017-ci il üçün Renault ilə mühərrik müqaviləsi bağlayıb və şərtləri daha da asanlaşdırmaq üçün Saynsı fransızlara təklif edib. Hətta, Marca qəzeti iddia edir ki, Renault-nun rəhbəri Frederik Vassyör Bakıda Helmut Marko ilə danışıqlar aparıb. Belə bir iddia var ki, Red Bull və Renault komandaları artıq razılığa gəliblər və rəsmi açıqlama 2 yarış ərzində veriləcək…