F-1.az xatırladır ki, ispaniyalı sürücü gələn il Colion Palmerin əvəzinə Renault-da yarışacaq.
Karlos Sayns: “Renault çox böyük bir komandadır və 2018-ci ildə orada yarışacağım üçün çox sevinirəm. Onlar həm də Dünya Çempionu olublar və buna görə məsuliyyətim ikiqat artır. Mənə güvəndikləri üçün onları sevindirmək istəyirəm. Gələn il komandanın daha yaxşı hala gəlməsi üçün əlimdən gələni edəcəm.
Renault mühərriklərindən istifadə etdiyimiz üçün onları yaxından izləyirdik və bu il təsiredici işlər gördülər. Ümid edirəm ki, 2018-ci ildə daha yaxşı nəticə alarıq”.