F-1.az xatırladır ki, Renault komandası Saynsı transfer etmək üçün Red Bull-la danışıqlar aparsa da, avstriyalılardan “yox” cavabı almışdı.
2016-cı ildə yaxşı performans göstərən Saynsın adı son günlər Mercedes-lə də hallanır. Amma Red Bull bildirib ki, gənc sürücü komandadan ayrılmayacaq.
Karlos Sayns: “Renault kimi perspektivli komandadan təklif gələndə qərar vermək asan olmur. Red Bull ilə müzakirələrdən sonra qərar gəldik ki, Toro Rosso-da daha bir il qalmaq yaxşı olar.
Red Bull-un sürücüləri xoşbəxt olduğu halda məni dəyərləndirməkləri çətin görünür. Bəlkə gələn il hər şey dəyişər və bir sürücü uğursuz olar. Mənə də Red Bull-un qapıları açılar. Amma ümidlə mövsümə başlamaq və 2018-ci ili gözləmək çox çətindir. Hazırda olduğum yerə görə xoşbəxtəm. Gələn il güclü performans göstərib bütün qapıları açmağa çalışacam”.