K.Sayns: “Renault iki il geridə qalıb”

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, Renault builki mühərrikləri iki il əvvəl hazırlamalı idi.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Avstraliya yarışında MGU-K probleminə görə mübarizəni yarıda dayandırmalı olmuşdu.

Karlos Sayns: “Doğru yöndə addım atmışıq. Amma Ferrari və Mercedes-dən geridə qalırıq. Lakin mübarizə aparmaq üçün hər şeyə sahibik. Formula1-də dörd mövsüm keçirmişəm və həmişə düzlüklərdə 10 km/saat geridə qalırdıq. Melburnda isə düzlüklərdə 2-3 km/saat yavaş idik. Bu, cəsarətvericidir. Mühərriyi necə inkişaf etdirəcəklərini bilirlər. Buna görə də Renault-nu təbrik edirəm. İki il əvvəl ehtiyacımız olan mühərriyi nəhayət ki, düzəldiblər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*