K.Sayns Renault-da qalmaq istəyir

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, gələcəkdə də fransızların heyətində qalmaq istəyir.

F-1.az xatırladır ki, ispaniyalı pilot 2015-ci ildə Toro Rosso ilə idmana gəlib. 23 yaşlı sürücü 2017-ci il mövsümünün Amerika yarışından etibarən icarə əsasında Renault komandasına keçib. Amma “qırmızı öküzlər” gələn il Rikkardonun komandadan ayrılacağı təqdirdə Saynsı komandaya qaytara bilərlər.

Karlos Sayns: “Gələcəyim Renault-da ola bilər. Əgər burada qalmağım mümkün olarsa, tamamilə razıyam. Çünki komanda inkişaf edir və irəli gedir. Davamlı sərmayələr qoyulur. Bütün mexaniklər və mühəndislər bunu hiss edirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*