K.Sayns: “Renault-da işim çətin olacaq”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, Ostində Renault üçün yarışacağını çox gec öyrənib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Renault ilə Sinqapur yarışından əvvəl müqavilə bağlamış və müqavilə şərtlərinə əsasən, Malayziya Qran Prisindən etibarən fransızların heyətinə keçmək alternativi yaranmışdı.

Karlos Sayns: “Renault üçün yarışacağımı rəsmi açıqlamadan saatyarım əvvəl öyrəndim. Bunu gözləmirdim. Yarışa fokuslandığım üçün necə reaksiya verəcəyimi bilmədim. Yaponiya yarışı mənim üçün vacib idi, çünki Toro Rosso-nun heyətində son yarışım idi, ancaq heyif ki, yaxşı bitmədi.

Mənim üçün yeni səhifə açılır. Toro Rosso komandasında işlər daha asan idi. Hamını yaxından tanıyırdım və boliddə özümü yaxşı hiss edirdim. İndi Renault komandasına öyrəşməliyəm. Asan olmayacaq, amma bu macəraya hazıram və gözəl nəticələr almaq istəyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*