F-1.az xatırladır ki, Renault idmana 2016-cı ildə qayıtmış və ilk mövsümdə 9-cu, keçən il isə 6-cı yeri tuta bilmişdi. Fransızlar bu mövsümə hər iki sürücü ilə xal alaraq başlayıblar.
Karlos Sayns: “Mercedes, Ferrari və Red Bull digər komandalardan çox üstündürlər. Onlardan sonra McLaren və Renault gəlir. Renault hazırda 2005-ci və 2006-cı illərdə olduğu kimi böyük sərmayələr qoyur və bunun qarşılığını alacaqlar. Bu idmanda gerilərdən gəlib qalib olmaq asan deyil. Bunun üçün bir prosesdən keçməlisiniz və Renault da bu prosesin içindədir. Onlara inanıram”.