F-1.az xəbər verir ki, Serxio nətiəcədən razıdır və sabah da məhsuldar yarış keçirmək istəyir.
Karlos Sayns: “Bu həftəsonu ilk dəfə keçid təkərlərindən istifadə etdiyimizi nəzərə alsaq, sprint çətin şəraitdə keçdi, ona görə də avtomobilin balansından nə gözlədiyimizi bilmədik.
Görünür, yaxşı temp nümayiş etdirə bildik. Baxmayaraq ki, ilk dövrələrdə sürətli döngələrdə problemim oldu, lakin sonra sürətimi artırıb, Serxio Peresi çox irəli buraxmadım. Bununla belə, Red Bull sürücüləri bu gün bizim üçün çox sürətli idilər.
Yarış davam etdikcə Niko Hülkenberqi keçə bildiyim zaman özümü daha inamlı hiss etdim. Bundan sonra təkərlərim bir az köhnəldi, ona görə də Serxioya yaxınlaşa bilmədim.
Hər halda, yaxşı nəticədir. Əla bir gün keçirdim və sabah bütün yaxşı yönlərimizi yenidən birləşdirməyə çalışacağam”.