F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa pouldan başlayıb və yerini qoruya bilib. Lakin pit-stoplardan sonra həm Ferstappen, həm də Peres 28 yaşlı pilotu geridə qoyublar. Yekunda Sayns iki Red Bull-dan sonra üçüncü olub.
Karlos Sayns: “Yaxşı start aldım və restartdan sonra da yerimi qorudum. Təkərlər çox qızırdı və çox sürüşürdük. Bolidimiz burada rəqabətədavamlı deyildi, ancaq sonda podiuma çıxdıq və bunu qəbul edirik.
Red Bull, Maks və Çekonun bu gün öz liqaları var idi. Heyif ki, onlarla mübarizə apara bilmədik. Can verirdik. Bu qədər zəif olmağımızın səbəbini öyrənməliyik.
Zandfort bizim üçün daha əlverişli ola bilər. Montsada isə Red Bull üstün tərəf olacaq. Zandfortda qazanmağa çalışacağıq”.