F-1.az xatırladır ki, ispaniyalı sürücü ilə Ferrari, Mercedes və Renault kimi komandalar maraqlansa da, Red Bull komandası keçidə imkan verməmişdi.
Karlos Sayns: “Gələn ildən etibarən çempionluq uğrunda mübarizə aparan komandada yarışmaq istəyirəm. İlk seçimim Red Bull olacaq, amma müqavilə bağlaya bilməsəm, digər alternativləri dəyərləndirəcəm. Red Bull bu istəyimi bilir və əgər şans versələr, nələr edə biləcəyimi göstərəcəm.
Bu mövsüm Toro Rosso komandası olaraq əsas məqsədimiz Mühəndislər Kubokunda 5-cilikdir. Mən də hər yarış xal almağa çalışıram. Stabil olmağa davam etsəm, əlimə fürsətlər keçəcək. Xüsusən də, bu mövsüm strategiya cəhətdən çox güclüyük və yaxşı nəticələr alırıq. Ümid edirəm ki, işlər qaydasında gedər”.