K.Sayns: “Red Bull döngələrdə Mercedes-lə eyni sürətdədir”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, Red Bull-un 2016-cı il bolidi RB12 döngələrdə Mercedes W07 ilə eyni sürətdədir...

F-1.az xatırladır ki, Toro Rosso Red Bull-un ikinci komandası sayılsa da, bu il Red Bull-un əsas rəqiblərindəndir. Amma Red Bull komandası ilk iki yarışda Rikkardonun performansı hesabına Toro Rosso-nu qabaqlaya bilib.

Karlos Sayns: “Rikkardonun sürəti göstərir ki, Red Bull-un yaxşı bolidi var. Red Bull ilə mübarizəmiz barədə bizə çox sual verirlər. Sözün düzü, onlarla mübarizə aparmaq istəyirik. Amma unutmaq olmaz ki, RB12 ən yaxşı bolidlərdən biridir və ya ən güclü şassidir.

Rikkardonun məlumatlarını GPS vasitəsilə görürük. Orta və aşağı sürətli döngələrdə Mercedes-lə eyni sürətdədirlər. Ona görə də onlarla mübarizə aparmaq çox çətindir. Bu bizim üçün çox çətin olacaq. Bundan başqa, onların büdcəsi daha yaxşıdır. Biz fərqli planetdə və ya fərqli bir liqada deyilik. Bəhreyn kimi traslarda onlar tərəfə çox baxmaq lazım deyil.

Ümid edirəm ki, Force İndia və Williams-la mübarizə apara bilərik. Biz bunu tras üzərində etsək, bizim üçün daha yaxşı olacaq”.

 

Sayns bildirib ki, Toro Rosso-nun 2015-ci il Ferrari mühərriyi istifadə etməsi onları narahat etmir: “Bu ən doğru qərardır və ən doğru yoldur. Mühərriyin etibarlılığı yaxşıdır. Bu da bizim üçün çox vacibdir. Biz bunun səhv addım olmadığını gördük. Ferrari-nin işçiləri komandaya tez uyğunlaşdılar. Onlarla işlədiyimiz üçün çox xoşbəxtik.

Biz bilirik ki, düzlüklərdə ən sürətli komanda deyilik. Bu sürüşməyə görə, asfalta yatma qüvvəsinin seçiminə görə və ya hər hansı bir şeyə görə ola bilər.

Ancaq biz bilirik ki, bolidimiz döngələrdə daha yaxşıdır. Mən inanıram ki, biz düz olanı etmişik. Mən komandanın seçiminə inanıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*