K.Sayns Red Bull dedi-qodularına fikir vermir

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, 2019-cu ildə Red Bull komandasına keçəcəyi ilə bağlı dedi-qodulara qulaq asmır.

F-1.az xatırladır ki, Rikkardonun “qırmızı öküzlər”lə müqaviləsi gələn ilin sonunda bitir və avstraliyalı sürücünün yerinə ən yaxşı namizəd Karlos Sayns sayılır.

Karlos Sayns: “Hazırda Renault-da işlər qaydasındadır və özümü yaxşı hiss edirəm. İlk gündən bəri özümü evimdə hiss etməyim üçün hər şey etdilər. Komandaya və bolidə tez uyğunlaşdım. Ümid edirəm ki, gələn il yaxşı nəticələr qazanaram. Meksikada Mühəndislər Kubokunda 4-cü olmaq üçün fürsəti əldən verdik. Amma artıq əlimizdən heç nə gəlmir və növbəti iki yarışa hazırlaşmalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*