F-1.az xatırladır ki, Ferrari mövsümün ilk 3 yarışında 2 qələbə ilə başlasa da, sonradan geriləyib. “Qırmızılar” son qələbəlirini iyulun 10-da Avstriyada qazanıblar. Red Bull isə son 9 yarışdan qələbə ilə ayrılıb.
Karlos Sayns: “Red Bull hegemon idi, amma bizimlə sürət fərqləri çox deyildi. İnkişaf tempi və bolidin performansı cəhətdən çox geridə deyilik. Ostində poul qazanmışdım və ilk cərgədə idik. Yəni ki, Red Bull-dan uzaqda deyilik.
İndi isə gələn ilin təkərlərini anlamaq və nə edə biləcəyimizi görməkdir. Strategiya, yarış performansı və təkərə nəzarətdə gələn il güclənmək istəyirik. Bunun üzərində işləməyə başlamışıq. Daha çox gücə və asfaltayatma qüvvəsinə ehtiyacımız var. bunları düzəltsək, Red Bull-dan güclü ola bilərik. Ümid edirəm ki, bunu bacararıq”.