F-1.az xatırladır ki, keçən mövsüm olduqca yaxşı şassiyə sahib olan Toro Rosso-nun sürücüləri Renault mühərriklərindəki problemlərə görə bəzi yarışları tamamlaya bilməmişdi.
Karlos Sayns: “Red Bull-dan daha yaxşı maşına sahib olacağımıza inanmıram. Çünki, onların büdcəsi bizimkindən dəfələrlə çoxdur və biz hələ gənc sürücülərik. Onlardan irəlidə olacağımızı gözləmirəm.
Buna baxmayaraq, özümüzə inanırıq. Faenzadan gələn xəbərlər yaxşıdır və biz keçən mövsümlə müqayisədə bir addım öndə olacağıq. Ferrari mühərrikləri müqayisədə daha da güclüdür. Avstraliyada hansı vəziyyətdə olduğumuzu görə biləcəyik”.