K.Sayns: “Red Bull-da xoşbəxtəm”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, əsas hədəfi Red Bull komandasında yarışmaqdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücünün adı Renault, Ferrari, Mercedes kimi komandalarla hallansa da, Red Bull şirkəti onu buraxmaq niyyətində deyil. Lakin 23 yaşlı sürücünün də Red Bull-dan ayrılmaq fikri yoxdur.

Karlos Sayns: “Sözün açığı, Red Bull-un heyətində olduğum üçün çox xoşbəxtəm. Tək hədəfim burada yarışıb qələbələr qazanmaqdır. Kristian Horner və Helmut Marko mənim üçün çox şey etdilər. Onlara arxa çevirməyi düşünmürəm. Təbii ki, qarşılıqlı razılaşa bilsək, ayrıla bilərəm. Amma hazırda çox şey qaydasındadır. Haqqımızda bəzi xəbərlər çıxır. Burada xoşbəxtəm və yazılanlara fikir vermirəm. Red Bull üçün yarışıb qalib gələ bilərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*