K.Sayns: Red Bull çox güclüdür

Ferrari komandasının sürücüsü Karlos Sayns düşünür ki, Yaponiyada McLaren və Mercedes-lə ikinci yer uğrunda mübarizə apara bilərlər.

F-1.az xatırladır ki, Sinqapur yarışında qalib gələrək Red Bull komandasının qələbə seriyasına son verən Karlos Sayns Suzukada cümə sərbəst yürüşlərini 4-cü yerdə bağlayıb.

Belə görünür ki, Red Bull komandası yenidən zirvəyə qayıdıb. Lakin Ferrari ilə aralarındakı fərq elə də böyük deyil.

Karlos Sayns: “Bu həftəsonu ən yaxın rəqiblərimizlə fərq çox azdır. Amma əvvəlki yarışlarla eyni vəziyyətdəyik. Red Bull yenə də çox sürətlidir. Vahid dövrədə belə sürətli olduğumuzu görmək bizi təəccübləndirdi. Demək olar ki, Red Bull və Maksla eyni tempdə gedirik.

Lakin hər şeydən əvvəl McLaren və Mercedes-lə bizi yaxın mübarizə gözləyir. Aramızdakı mübarizə yaxın keçəcək. İkinci yer uğrunda mübarizə aparan 6 sürücü var. Məncə, bütün problemıəri həll edə bilsək, yarışı yaxşı yerdə bitirə bilərik.”

Ferrari komandası Suzukaya yeni altlıqla gəlib, amma ispaniyalı sürücü bu altlığın təsirini elə də ciddi saymır: “Bunu ikinci sessiyada sınadım. Şarl da ilk sessiyada sınadı və belə görünürdü ki, yaxşı işləyir. Lakin bu, böyük addım deyil. Sadəcə maşının aerodinamikası üzərində kiçik təsirlər yaradır. Cümə gününün tamamını fərqli sazlanmalar sınamaq üçün istifadə etdik. Müxtəlif şeylər sınadıq və ümid edirəm ki, şənbə günü hər şeyi bir araya gətirib, doğru addımlar atarıq.

Sadəcə sazlanmaları daha da təkmilləşdirməli və dövrəni bir araya gətirməliyik. Çox şey sınadıq. Temp tutmaq çətin idi, çünki maşında çox şey dəyişdirdik. Bunu bilərək etdik. Ümid edirəm ki, şənbə günü istədiyim hər şeyi edərəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*