K.Sayns: Red Bull çox güclüdür

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Red Bull hazırda çox sürətlidir.

F-1.az xatırladır ki, Red Bull komandası ilk 5 yarışın 4-də qələbə dublu edərək qalib gəlib. Ferrari-nin builki ən yaxşı nəticəsi isə Şarl Leklerin Bakıdakı üçüncü yeridir. Buna görə də əksəriyyət düşünür ki, həm Karlos Sayns, həm də Şarl Leklerin motivasiya ilə bağlı problemləri var.

Karlos Sayns: “Hazırkı vəziyyətlə mübarizə aparmaq əvvəlki illərə nisbətən daha çətin olub. Ferrari-nin bu il zirvə uğrunda mübarizəyə qayıtmasını gözləyirdim. Bütün komanda keçənilki kimi güclü olmağı gözləyirdi. Hamı bənzər hisslərə sahib idi. Ancaq birdən-birə özümüzü Red Bull-dan yarım saniyə gerisində gördük və bu asan deyil.

Hər şeyi birdən sıfırlamalısınız, iş lövhəsinə geri dönməlisin və hamının motivasiyasını qoruduğundan əmin olmalısınız.

Əgər hər həftə qələbə və poul uğrunda mübarizə aparıb, yenə də Mühəndislər Kubokunda dördüncü olsaydıq, vəziyyəti qəbul edə bilərdik. Red Bull bu il təəccüblü formada sürətlidir. Sadəcə biz yox, Mercedes və Aston Martin də belə fərqin olacağını gözləməzdilər”.

Qeyd edək ki, keçən il Ferrari 5 yarışdan sonra turnir cədvəlində lider olsa da, bu il 4-cü yerdədirlər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*