F-1.az xəbər verir ki, ispan sürücü Red Bull-un hazırda çox üstün olduğu həqiqəti ilə də barışıb.
Karlos Sayns: “Sıralanma turuna qədər çətin bir həftə sonu keçirdim. Təsnifat mərhələsində mən hər şeyi birləşdirib yaxşı dövrə vurmağı bacardım. Bununla belə, ikinci sektorun bəzi hissələrini necə keçdiyim məni 100% qane etmir – onlarla bağlı bəzi problemlər var idi. Amma əsas odur ki, nəticəni təkmilləşdirə bildim və sabah yaxşı mövqedən başlayacağam.
Red Bull ilə rəqabət aparmaq üçün əlimizdən gələni etdik, amma reallıq budur ki, onlar təsnifat mərhələsində bir addım, yarışda isə 1.5 addım öndədirlər. Maşınımız uzunmüddətli perspektivdə kifayət qədər yaxşı deyil – optimal parametrləri tapmaq üzərində işləməyə davam etməliyik”.