F-1.az xatırladır ki, ispaniyalı sürücü Monakoda mükəmməl performans göstərərək, yarışı 6-cı yerdə bitirmişdi. Beləliklə, 22 yaşlı sürücü cari mövsümdə xallarının sayını 25-ə yüksəldərək, Sürücülər Çempionatında 8-ci pilləyə yüksəlib.
Karlos Sayns, şübhəsiz, top komandalardan birində yarışmaq istəyir, lakin Red Bull komandasında həm Rikkardonun, həm də Ferstappenin müqaviləsi 2018-ci ilin sonunda bitir və buna görə də işlər çətinləşir.
Karlos Sayns: “Etdiklərimi yenə edəcəm və görək sonra necə olacaq. Özüm üçün performans göstərməyə davam etməliyəm. Red Bull komandasına göstərməliyəm ki, mən sürətliyəm.
Hazırda bizim üçün 7-ci yer qələbəyə bərabərdir. Monakoda Mercedes-lərdən birini geridə qoyaraq, 6-cı olduq və sevincliyik. Monte Karloda sürücülər daha çox parlamaq istəyirlər”.