F-1.az xatırladır ki, ispaniyalı sürücü Avstriyadakı birinci sessiyada beşliyə düşsə də, ikinci sessiyada ön qanadını zədələmiş və gerilərdə qalmışdı.
Karlos Sayns: “Özümü yaxşı hiss edirəm. Tras bizi fiziki cəhətdən yormur. Çünki güclü yükləmələri və böyük əylənmə zonaları olmasına baxmayaraq, düzlüklərdə dincələ bilirsiniz. Hazırda ağrım yoxdur və yorğun deyiləm. Daha da yorğun olacağımı gözləyirdim.
Komanda üçün yaxşı gün idi. Günə yaxşı başladıq və çoxlu dövrə vurduq. Barselonadakı kimi balanslı idi. Neçənci yerdə olduğumuzu bilmirdik. İkinci sessiyada sosis porebriklərə təmas edib ön qanadı zədələdik, ancaq performansımız yaxşı idi. Ön qanad zədələndiyi üçün tempimizi göstərə biımədik.
Bu gün Racing Point çox sürətli idi. Onların sürətli olmasını gözləsək də, belə qısa trasda bu qədər öndə olmaları çox təsiredicidir. Onlarla mübarizə aparmaq çətin olacaq. Orta qrupdan çox uzaqdadırlar”.