F-1.az xatırladır ki, Kanada təmsilçisi ilin sonunda Serxio Pereslə yollarını ayıracaq və onun əvəzinə dördqat Dünya Çempionu Sebastyan Fetteli gətirəcək.
Karlos Sayns: “Çeko bizə göstərdi ki, Formula1-də hər şey performansdan asılı deyil. Saf performansa görə Racing Point-in ondan imtina etməsinə səbəb yoxdur. Amma Formula1-də başqa şeylər də var. Performansdan əlavə faktorlar var.
Çekonun başına çox pis iş gəldi, çünki o, komandaya güvəndi və onları iflasdan xilas etdi. İndi isə güclü maşın düzəltdikləri vaxtda Peresi istəmirlər. Çox pis…
Buna əsəbiləşirəm, çünki onunla münasibətimiz yaxşıdır. Ümid edirəm ki, özünü motivasiya edəcək və 2022-ci ildə daha yaxşı komanda ilə qayıdacaq.
Mən də karyeramda siyasi və qeyri-müəyyən dövrlər yaşadım. Belə olan halda siz trasda istədiyiniz kimi performans göstərə bilmirsiniz. Bu, idmançının əlində olmayan şeylərdir. Heç kim bu halda olmaq istəməz”.