K.Sayns: Qürurlu və sevncliyəm

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, sevincli və qürurludur.

F-1.az xatırladır ki, sıralanma turunda 4-cü olan Sayns, komanda yoldaşı Leklerin start ala bilməməsi ilə yarışa 3-cü yerdən başlayıb. Bottasın pitdə mübarizəni dayandırması ilə 2-ci yerə yüksələn ispaniyalı sürücü bu mövsüm Ferrari-yə ilk dəfə podium qazandırıb.

Karlos Sayns: “Yaxşı nəticə qazandıq. Nonakoya gəlməmişdən əvvəl mənə ikinci olacağımı desələr, sevinərdim. Lakin Şarl pouldan başlayacağı yarışda start ala bilmədi və mən dünən yaxşı dövrə vurarkən, yarıda buraxmalı oldum. buna görə sevinə bilmirik. Ancaq bu günü düşünəndə həmişə sevincli və qürurlu olacam. Ferrari builki addımlarına görə qürur duymalıdır.

Digər bolidimiz start ala bilməyəndən sonra bütün yük mənə düşdü və belə olan halda podium qazanmaq istədim. Start vacib idi. Daha sonra pit-stoplarda trafikə düşdüm. Özümü boliddə yaxşı hiss edirdim. Komanda podiuma layiq idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*