F-1.az xatırladır ki, ispaniyalı sürücü günün ilk yarısında 56 dövrə vursa da, nahardan sonra bolid pit çıxışında dayanıb və mexaniklər maşını itələyərək boksa gətiriblər. Buna baxmayaraq, 24 yaşlı sürücü C3 təkərlərlə gözəl performans göstərib və 119 dövrə vuraraq günü ikinci yerdə bitirib.
Karlos Sayns: “Komandadakı bütün işçilər xoşbəxt olmalıdır. Qış fasiləsindəki əməyimiz bəhrəsini verdi. Nahardan sonra yarış tempində işlədik. Günü isə qırmızı bayraqla bitirdik. Trasda olan hər kəs xoşbəxtdir. Ancaq Uokinqdəki insanları da unutmamalıyıq”.