F-1.az xatırladır ki, Karlos Sayns son cəhdində qəza etmiş Peresə təmas edib. Daha sonra isə qırmızı bayraqlar çıxıb və sessiya bitib.
Karlos Sayns: “Bacardığlm qədər ondan qaçmağa çalışdım, amma sessiyanın sonunda çıxan qırmızı bayrağa görə poul mübarizəsi verə bilmədim. Monakoda belə hallar normaldır.
Poul uğrunda mübarizə apara bilərdim. Performansımız yaxşı idi. Sıralanma turuna hazırlanırdım. Boliddə də özümü yaxşı hiss edirdim. Sabah işi bitirməyə çalışacağıq. Əla nəticə qazana bilərik. Bolid əla işləyir”.