F-1.az xatırladır ki, ispaniyalı sürücü dördüncü motora keçdiyi üçün yarışa axırıncı yerdən başlayacaq. Buna baxmayaraq, ilk sessiyada trasa çıxan Sayns son cəhdində Daniel Rikkardonu ikinci sessiyaya çıxmağa qoymayıb.
Karlos Sayns: “Əslində özüm üçün sürüb, yaxşı dövrə vurmağa çalışırdım. İstəyirdim ki, Şarlın növbəti sessiyaya çıxmasına kömək edim. Şarlın yaxşı vəziyyətdə olduğunu eşidəndə istədim ki, rəqiblərdən birini mübarizədən kənarlaşdırım. Təsadüfən əsas rəqibimiz Daniel Rikkardonu mübarizədən uzaqlaşdırdım. İkinci sessiyada isə Şarla hava kisəsi verdim. Planımız bu idi. Qəribə plan olsa da, həm komanda, həm də mənim üçün işlədi”.