K.Sayns: Problemlərin fərqindəyik

Ciddədə bərbad performansla altıncı olan Karlos Sayns bildirib ki, komanda olaraq problemlərin fərqindədirlər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 4-cü yerdən başlasa da, yarış ərzində iki yer itirib və 6-cı yerə razı olub.

Karlos Sayns: “Təhlükəsizlik maşını pis vaxtda çıxdı, çünki Strollu qabaqlayıb, yaxşı temp tutmuşduq. Ancaq bu olmasa belə nəticə dəyişməyəcəkdi. Yarışın sonlarında Mercedes və Aston Martin-dən geri qaldığımız aşkar şəkildə göründü.

Yarış tempimiz bərbaddır. Təəccübləndik, çünki burada ikinci komanda olacağımızı düşünürdük. Bu yarış göstərdi ki, görüləcək işlərimiz çoxdur. Yarış tempini yaxşılaşdırmaq üçün yenilikləri gözləyirik.

Önünüz açıq olanda təkərlərimiz qızır. Düşünün ki, birini izləyəndə təkərlərimiz necə yeyilir. Zəif yönlərimizi bilirik və bu yaxşı haldır. Ancaq yeniliklərin gəlişini tezləşdirə bilmərik. Lakin komanda var qüvvəsi ilə işləyir və getdikcə güclənəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*