K.Sayns: Poul məndə idi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, son döngəyə qədər poul şansı olub. 

F-1.az xatırladır ki, ispaniyalı sürücü Sinqapurdakı sıralanma turunda 4-cü olub. Sessiya dəyişkən hava şəraitində keçdiyi üçün sıralanma tez-tez dəyişib.

Karlos Sayns: “Bizim üçün hər şey açıq idi. Quru hava təkərlərinə keçmək çətin olsa da, risk almalı idik. Bunu sınadıq və məncə, bir dövrə tələsdik, çünki tras getdikcə sürətlənirdi. Son sektora qədər təmiz dövrə vururdum. Deyəsən 16-cı döngəyə qədər poula idim. Lakin bir səhvlə poulu əldən verdim. Şarl ilə aramızda 0.15 saniyə fərq var və bu mənim üçün pisdir. Ümid edirəm ki, yarışda vəziyyəti düzəldərəm.

Trası bəzi hissələri quru, bəzi hissələri yaş idi. Külək ya da günəş olmadığı üçün tras gec qurudu. Yerimiz pis deyil, amma ötmə etmək çətin olacaq. Hətta, mümkünsüz. Görək nə ediridk”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*