K.Sayns: Poul almaq istəyirdim, amma…

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, səhv etdiyi üçün 3-cü yeri tutub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Ferstappendən 0.7 saniyə geridə qalaraq, 3-cü yerə razı olub.

Karlos Sayns: “Tras quruyarkın rəqiblərim nəticələrini yaxşılaşdırırdılar. Mən də öndə idim. Son dövrəmdə ilk sektorda ən sürətli zamanla gəliridm və bilirdim ki, Maks vaxt itirib. Son döngəni sürətli keçmək istəsəm də, alınmadı və yarım saniyə itirdim.

Poul almaq istəsəm də, səhvimə görə üçüncü oldum. Sabahkı yarış üçün yaxşı yerdəyəm. Maksla mübarizə apara bilərik. Görək Fernando ilə nə edirik. Bu həftə çox sürətlidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*