K.Sayns: Podiuma yüksəlmək istəyirəm

F-1.az xəbər verir ki, sıralanma turunu Red Bull sürücüləri və komanda yoldaşının arxasında 4-cü yerdə başa vuran ispan sürücü mövsümü podiumla tamamlamağa ümid edir.

Karlos Sayns: “Red Bull sürücüləri yaxınlıqdadırlar, lakin bu həftəsonu çox sürətli maşınları var. Yarışda onları üstələmək üçün əlimizdən gələni edəcəyik, lakin onlar adətən sıralanma turunda 0.3 saniyə sürətlidirlərsə, yarışda bu fərq ən azı yarım saniyə olur. Mercedes sürücülərini bu gün qabaqlamaq vacib idi və bunu bacardıq. Sabah da yarışı onların önündə tamamlamaq üçün yaxşı şansımız var. Öndə qalmaq üçün əlimizdən gələni edəcəyik, amma mən şəxsən mövsümün son yarışını podiumda başa vurmaq istəyirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*