F-1.az xatırladır ki, ispaniyalı sürücü Macarıstan yarışını 4-cü yerdə bitirmişdi. Lakin yarışdan sonra Sebastyan Fettelin yanacağa görə yarışdan ixrac edilməsi ilə 3-cü yerə yüksəlmişdi. Bu isə 27 yaşlı pilotun builki 2-ci podiumu idi.
Karlos Sayns: “Qazandığım 4 podiumdan 2-i belədir. Bu, qəribə hal olsa da, bizim üçün yaxşıdır. Həm mənim üçün, həm də McLaren-lə üçüncülük mübarizəsi verən komanda üçün yaxşı xəbər oldu. İndi isə elə bilirəm ki, o yarışın üstündən uzun illər keçib. Orada nə baş verdiyini xatırlamıram. Yay tətilindən əvvəl yaxşı xəbər oldu. İndi isə geri dönmək vaxtıdır.
Podiumu bazar günü axşam uşaqlarla qeyd etdik. Podiuma yüksəldiyimi öyrənəndə şam yeməyində idik. Daha sonra bir dənə şampan istədik və onu partladaraq podiumu qeyd etdik. Çox qəribə hadisə idi”.