K.Sayns: Podium uğrunda mübarizə şansım var idi

F-1.az xəbər verir ki, Fransa Qran Prisinə son cərgədən başlayan ispan sürücü yekunda beşinci olub ki, bu yaxşı nəticə sayıla bilər.

Karlos Sayns: “Bu gün qələbə qeyri-real idi, lakin podium uğrunda mübarizə aparmaq şansım var idi. Bunun üçün mükəmməl yarış keçirmək lazım idi. Maks çox sürətli idi. Sonuncu cərgədən başladım və onunla rəqabət aparmaq çətin idi. Fikrimcə yaxşı irəlilədik. Motor cəzası olmasaydı, pouldan və ya ön cərgədən start ala bilərdim. Onda təbii ki, qələbə üçün mübarizə aparmaq olardı. Lakin bu gün geridən başlamaqla bərabər, həm də 5 saniyəlik cəza aldım, yenə də 5-ci oldum. Sürətli dövrəyə görə də xal aldım, buna görə də hesab edirəm ki, nəticə pis deyil.

Eyni zamanda komandanın yaxşı çıxış etdiyini, düzgün taktiki qərarlar verdiyini hesab edirəm. Ferrari tez-tez pit-stop qərarlarına görə tənqid olunur, lakin çətin anlarda biz həmişə hansı variantın yaxşı ola biləcəyini müzakirə edirik və bütün bunlar insanların düşündüyünün əksinə, hansısa fəlakətə gətirib çıxarmır. Bəli, Persi ötdüyüm anda mənə pitə gəlmək tapşırılmışdı. Komanda təkərləri dəyişmək vaxtının gəldiyini hiss etdi. Şəxsə mən belə vəziyyətdə düşünürdüm ki, trasda qalaraq təkərlərin necə olacağını görmək daha yaxşı olardı, baxmayaraq ki, Medium təkərlər artıq limitdə idilər. Bəlkə də, üçüncü ola bilərdim. Məncə mümkün idi, amma komandanın əlində hər zaman daha çox məlumat olur və əminəm ki, onlar ən yaxşı niyyətlə hərəkət ediblər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*