K.Sayns: Podium barədə düşünə bilərik

Ferrari komandasının sürücüsü Karlos Sayns çətin keçən sıralanma turundan sonra podium barədə düşünür.

F-1.az xatırladır ki, ispaniyalı sürücü doğma publikası önündə sıralanma turunda ikinci olub. O, Maks Ferstappendəm 0.4 saniyə geridə qalıb. Barselonada ötmələrin çətin olduğunu düşünsək, sabah Karlos öz vətənində ilk dəfə podiuma yüksələ və üzərində olan tənqidləri azalda bilər.

Karlos Sayns: “Bu gün hamı bir-birinə yaxın idi. Çox çətin hava şəraiti var idi. Böyük ehtimalla şəraitə görə Barselonadakı ən çətin sıralanma turundan biri idi və biz mümkün olan ən yaxşı nəticəni əldə etdik. Artıq podium barədə düşünə bilərik.

Çox yaxşı sürdüm. Bilirsiniz ki, həmişə performansın onda biri trasda, onda biri boksda olur. Ancaq bu gün masada qoymadım heç nə qalsın və var qüvvəmlə sürdüm.

McLaren, Alpine, Mercedes və Aston Martin ilə bir-birimizə çox yaxın idik. Bu həftəsonu hamımız eyni qrupda idik. Deyəsən ikinci yer bu gün mənim üçün maksimum nəticə idi. 1.12.734-lük zaman nəticəsi çox yaxşıdır”.

Qeyd edək ki, Sayns ilk dəfə öz ölkəsindəki yarışa ilk cərgədən başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*