K.Sayns: “Pit-stopları inkişaf etdirməliyik”

Karlos Sayns Almaniya yarışındakı pit-stop səhvindən sonra bildirib ki, Toro Rosso komandası bu sahədə hələ də inkişaf etməyib..

F-1.az xatırladır ki, Sayns yarışa 15-ci yerdən başlasa da, startda 12-ci yerə yüksəlmişdi. Amma komandası pitdə onu gecikdirib və ispaniyalı sürücü 19-cu yerə qədər geriləyib.

Xatırladaq ki, ispaniyalı sürücü Monakoda da pitdə problem yaşamışdı və podiumdan kənarda qalmışdı. Qeyd edək ki, Sayns Monakoda Peresdən öndə olsa da, pitdə gecikdirildiyi üçün yarışı 8-ci yerdə bitirmişdi və Peres 3-cü yeri tutmuşdu.

Karlos Sayns: “Pit-stoplarda çox zəifik. Bu sahədə inkişaf etməliyik. Bəlkə bir az sürətliyik, amma səhv edirik və bu heç də yaxşı deyil. 15-ci yerdən 12-ci yerə qədər yüksəlmişdik, amma pit-stop əsl faciə idi. Geriyə düşdük yen təkərləri ötmələr etmək üçün istifadə etdik. Yarışımız o andan sonra pis getməyə başlamışdı”.

Karlos Sayns köhnə Ferrari mühərriyinə baxmayaraq, xal uğrunda Fernando Alonso və Peres ilə mübarizə apara biləcəklərini deyib: “Mən demirəm ki, biz xal qazana bilərdik, amma 14-cü yerdən daha yaxşı yerdə ola bilərdik. Boliddən maksimumu çıxara bilmədik, çünki pit-stop zamanı səhv etdik və buna görə də məyusam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*