F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa dördüncü yerdən başlasa da, startda gec tərpənib və Daniel Rikkardo ilə təmas yaşayaraq, mübarizəni elə ikinci döngədə dayandırıb.
Karlos Sayns: “Pis start aldım. Şarl da pis tərpəndi. Startda nə baş verdiyini araşdırmalıyıq. Ancaq özümüzdə uzun yarış var idi. İkinci döngəyə yaxşı girmədim və Daniel də porebriklərə çıxdı. Ondan sonra maşının önünü itirdi və mənə təmas etdi. Bəxtim gətirmədi və çınqıllıqda qaldım.
Çox məyusam. Çətin dövrlərdən keçirəm. Azarkeşlərimizin önündə gözəl yarış keçirmək istəyərdim. Pis start alsam da, 63 dövrə var idi. Buna görə də ikinci döngədə mübarizəni dayandırmaq pis oldu. Ancaq hər idmançının həyatında belə pis anlar olur. İndi isə çox işləməliyəm”.