F-1.az xarırladır ki, ispaniyalı sürücü Bəhreyndə Stroll ilə insident yaşadığı üçün Rusiya yarışının startında 3 yer itirəcək.
Karlos Sayns: “Rusiya bəxtəvər olduğum traslardan deyil və burada vəziyyəti xeyrimə dəyişdirmək üçün əlimdən gələni etməliyəm. Startda 3 yer itirməyim işləri çətinləşdirsə də, bolidimiz güclüdür və vəziyyətdən üzüağ çıxa bilərik. Orta qrupda bütün komandalar bir-birilərinə yaxındırlar və buna görə də kiçik səhvlər hər şeyi məhv edə bilər. Ümid edirəm ki, qüsursuz həftəsonu keçirərək, gözəl xallar qazanarıq. Təkərlər və strategiya çox vacib olacaqar. Səhv etmək istəmirik”.