K.Sayns performansına təəccüblənib

Renault komandasının yeni sürücüsü Karlos Sayns ABŞ-da sərbəst yürüşlərdən sonra performansına təəccüblənib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Amerikada ilk dəfə R.S.17-nin sükanı arxasına keçmiş və ilk iki sərbəst yürüşlərdə təcrübəli komanda yoldaşı Niko Hülkenberqi qabaqlamışdı. Üçüncü sərbəst yürüşlərdə isə almaniyalı sürücü Karlos qabaqlasa da, aradakı fərq cəmi 0.042 saniyə olub.

Karlos Sayns: “Dünən mənə bugünkü nəticələri təklif etsəydilər, o dəqiqə qəbul edərdim. Buna görə sevinirəm. Doğrudan da maraqlı idi. Bir ildə iki fərqli bolidi sürmək şansım oldu. Bu isə fərqli hisslər deməkdir. Xüsusən də, cümə günü həm yaş, həm də quru havada bolidi sürmək qəribə idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*