F-1.az xatırladır ki, ispaniyalı sürücü nahardan sonra trasa çıxıb və 91 dövrə vuraraq, Soft təkərlərlə 1.21.455-lik nəticə göstərib və 8-ci olub.
Karlos Sayns: “Nahardan sonra çoxlu dövrə vurduq və küləyə baxmayaraq, yaxşı işlər gördük. Bu gün daha yaxşı gün keçirdik, lakin hələ dəqiq söz demək olmaz. Problemsiz dövrələr vurmaq mənim üçün yaxşı oldu. Əminəm ki, daha çox inkişaf edəcəyik”.