K.Sayns özünü xətasız hesab edir

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, itirdiyi xallar öz səhvləri ucbatından olmayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü mövsümün ikinci yarısındakı 4 yarışdan 3-də xalsız qalsa da, Rusiyada 6-cı olaraq, uğursuz seriyadan çıxıb. 25 yaşlı Sayns mövsümün əvvəlində də çoxlu xallar itirmişdi.

Karlos Sayns: “Oxşar vəziyyətdir. Mövsümün əvvəlində itirilən xallar mənim səhvlərimə görə olmadı. Yay tətilindən sonrakı uğursuzluqlar da eynilə… Bunlar sadəcə yarış insidenti idi. Hər şey qaydasında olanda orta qrupun lideri olurdum. İtirdiyim xallara görə çox məyus olmuram. Səbirliyəm və bilirəm ki, zamanla hər şey düzələcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*