F-1.az xatırladır ki, ispaniyalı sürücü karyerasının əvvəlindən Red Bull şirkətinə aid idi. Keçən il icarə əsasında Renault komandasında çıxış edən 25 yaşlı sürücü bu il Red Bull şirkətindən ayrılaraq McLaren-ə keçib və idealı olan Fernando Alonsonun yerini alıb.
Karlos Sayns: “Red Bull şirkətinə minnətdaram. Onlar olmasaydı, bu gün Formula1 sürücüsü ola bilməzdim. Lakin karyeramda yeni dövr başlayır. Öz karyeramı özüm idarə edəcəm və müstəqiləm. İndi ikiillik müqaviləm var və bu, həyatımda ilkdir”.