F-1.az xatırladır ki, ispaniyalı sürücü Bakıda çox pis performans göstərmiş və bunu maşınla əlaqələndirmişdi. Lakin komanda Mayamiyə bəzi yeniliklər gətirib. Bunlardan biri də altlıqdır.
Karlos Sayns: “Mayamidə cümə günü gözlədiyimiz kimi gərgin keçdi. Gün ərzində temperatur çox yüksək idi və trasda görüləcək iş çox idi.
Asfalt keçən ildən çox fərqlidir. Buna görə də bu şəraitdə doğru təəssüratları tapmaq vacib idi. Biz də yenilənən asfaltda və dəyişən şəraitdə çoxlu dövrə vurduq. Planlaşdırdığımız bütün proqramı tətbiq etdik. Heç bir problem yaşamadıq.
Hər üç təkər dəstini də test etdik və əlimizdə çoxlu məlumat var. Eyni zamanda yeni altlıq da yoxladıq və hər şey yaxşı işləyirdi. Uzun sözün qısası, pozitiv keçən cümə günü oldu.
Bakının əksinə hər şey qaydasındadır. Bunu gözləyirdim. Hər şeydən razıyam”.