K.Sayns: Özümü yaxşı hiss edirəm

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, maşında özünü yaxşı hiss etdiyi halda sürətli olur.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sprint yarışına 10-cu yerdən başlasa da, finiş xəttini 4-cü yerdə keçib.

Karlos Sayns: “Gözəl gün idi. Yüksəlməyimdən razıyam. Yaxşı start aldım və təkərləri yaxşı qoruyaraq, yerlər qazandım. Boliddən maksimumu aldım. Dördlüyə düşməli idim. Dördüncü oldum və yarışda qələbə üçün mübarizə apara biləcəm. Mübarizəyə hazıram.

Cümə günü yaşanan problemlərdən sonra verdikləri dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. Bu, mənim üçün pozitiv dəstək idi. Yarışda da əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*