F-1.a xatırladır ki, Amerika Qran Prisində Renault komandasında debüt edən ispaniyalı sürücü sıralanma turunda 8-ci yeri tutub və Ferstappenin cəza alması ilə yarışa 7-ci yerdən başlayacaq.
Karlos Sayns: “Özümlə fəxr duyuram. Sarı mənim rəngimdir. Komanda mənə bu həftəsonu üçün çox kömək etdi və onlara təşəkkür edirəm. İlk sıralanma turunda 7-cilik gözləmirdim. Çox xoşbəxtəm. Küləyin çoxalması hamı üçün işləri çətinləşdirdi. Sazlanmaları buna görə dəyişdirdik və bolid daha yaxşı vəziyyətə gəldi”.