K.Sayns: “Özümlə fəxr duyuram”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, Monakoda ilk gündən etibarən əla işləyərək, əla nəticə qazanıblar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Monako yarışını başladığı yerdə – 6-cı bitirib. Yarışın sonunda Lyuis Həmilton ispaniyalı sürücüyə hücumlar etsə də, gənc sürücü 3 qat Dünya Çempionuna qarşı inamla müdafiə olunub.

Karlos Sayns: “Necə də gözəl nəticədir! Həftə başlayandan əla işlədik və bu nəticəyə layiq idik. Buraya gələndən əlimdən gələni etdim və əyləndim. Monako kimi dar trasda səhv etmədən yarış bitirmək asan deyil, lakin mən bunu bacardım və komandama vacib xallar qazandırdım. Arxamda üçqat Dünya Çempionunu saxladım və bu heç də asan deyil. Özümlə fəxr duyuram. Bu nətiyə layiq idik və Kanadada tempimizi davam etdirmək istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*