K.Sayns: Özümə inamım yox idi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, boliddə istədiyi hissi tuta bilməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışı 3-cü yerdə başa vursa da, tempi heç də ürəkaçan olmayıb.

Karlos Sayns: “Çox çətin yarış idi. Yaş trasda tempim yox idi. İlk ikiliyə yaxınlaşa bilmədim, çünki bolidin arxa tərəfi ilə mübarizə aparırdım. Belə olan halda özünüzə olan inamınız itir və əlinizdə nə varsa, ona razı olursunuz. Mən də üçüncü oldum.

Səhv etməməyim tək müsbət tərəfdir. Bolidi finişə çatdırdım və sonlarda bolidə güvənəndə tempimi artırdım. Mühəndislər kubokunda yaxşı xallar qazandıq, amma qələbəni əldən vermək məyusedicidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*