K.Sayns öz ölkəsində qələbə istəyir

Ferrari komandasının sürücüsü Karlos Sayns öz vətənində karyerasının ilk qələbəsini qazanmaq istəyir.

F-1.az xatırladır ki, Barselonada qalib gələn son ispaniyalı sürücü Fernando Alonsodur. O, 2013-cü ildə Ferrari ilə damalı bayrağa hamıdan əvvəl çatmışdı.

Bu il də yerli azarkeşlər Karlos Saynsdan qələbə gözləyirlər və buna görə də sırf yarış gününə 100 min bilet satılıb.

Karlos Sayns: “Çox gərgin və əyləncəli həftəsonu olacaq. İspaniya yarışı gözəldir və orada iştirak etməkdən həzz alıram. Bu il daha çox həzz alacam, çünki maşınım mənə qələbə qazanmağa imkan verir.

Tribunaların ağzına qədər dolması gözlənilir və bu da onu göstərir ki, Formula1 doğru yoldadır. Əgər burada qazansam, mənim üçün qeyri-adi həftəsonu olacaq, çünki ilk qələbəmi əldə edəcəm. Bunu öz publikam önündə edəcəm. Qələbə qazanmaq üçün var qüvvəmlə işləyirəm. Azarkeşlər də bunu görmək istəyirlər.

Öz ölkəmdə həmişə yaxşı performans göstərmişəm. Bolidim imkan verəndə xallar da qazanmışam. Builki maşınım isə qələbəyə imkan verir və hədəfim qalib gəlməkdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*