K.Sayns: “Orta qrupun ikincisiyik”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, hazırda Williams orta qrupun ən sürətli komandasıdır.

F-1.az xatırladır ki, Toro Rosso komandası mövsümə iki bolidlə də xal qazanaraq başlayıb. Hətta, Daniil Kvyat yarışın sonunda əlavə pit-stop etməsəydi, yarışı 7-ci yerdə bitirə bilərdi.

Karlos Sayns: “Williams komandası bizdən sürətlidir və bunu göstərdi. Düzdür, hələ Haas-ın performansını görməmişik. Problemsiz bir yarışda onların nə edəcəyi mənə maraqlıdır.

Amma biz Force İndia-dan sürətliyik. Onlar doğru strategiya seçdikləri üçün bizi keçə bildilər. Bu həftə başa düşdük ki, orta qrupda xal uğrunda mübarizə aparmaq həyəcanlı olacaq. Force İndia, Williams və Haas komandaları bir-birlərinə çox yaxındırlar və arxadan da Renault gəlir. McLaren də özünə gələ bilsə, azarkeşlər maraqlı mübarizə izləyə bilərlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*