K.Sayns: “Orta qrupda sıx mübarizə olacaq”

Barselonadakı testlərin son günündə çox yaxşı performans göstərən və üçüncü olan Karlos Sayns bildirib ki, orta qrupda sıx rəqabət olacaq.

F-1.az xatırladır ki, bu il Ferrari, Mercedes və Red Bull komandaları favorit sayılırlar. Amma orta qrupda Williams, Force İndia, Renault, Toro Rosso və Haas komandaları bir-birilərinə yaxın görünürlər.

Karlos Sayns: “Digər komandaların inkişaf etdiklərini düşünürəm. Xüsusən də, Williams uçur. Mühəndislər Kubokunda 5-ci olmaq üçün böyük rəqabət olacaq.

Sıralanma turunda son sessiyaya qalmaq üçün saniyənin mində biri önəmli olacaq. Ümid edirəm ki, bu mübarizədə özümüzə yer tapıb, mövsümü major notlarla bitirərik.

Williams çox sürətli görünürdü. Onları məğlub etmək çətin olacaq. Amma bir söz demək üçün hələ də tezdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*