K.Sayns: Öndə olsam, qazana bilərdik

Ferrari komandasının sürücüsü Karlos Sayns düçünür ki, ön sıralardan yarışa başlasa, Ferrari yarışı qazana bilərdi.

F-1.az xatırladır ki, ispaniyalı sürücü motor cəzasına görə yarışa 18-ci yerdən başlayıb və yaxşı performans göstərərək, 4-cülüyə qədər yüksəlib. Lakin bundan artığına gücü çatmayıb.

Karlos Sayns: “Bizim üçün yaxşı yarışş oldu. Startdan sonra özümü yaxşı hiss edirdim. Hər dövrə birini keçirdim və tezliklə dördüncü yerə qalxdım. Yaxşı yarış idi. Daha yaxşısını edə bilməzdim.

Bu gün qazana bilərdik? Demək çətindir. Maks və Şarlın tempinə baxmalıyam. Ən azından əvvəlki yarışlardan daha yaxşı idi. Təkərləri daha yaxşı işlədə bilridik. Ümid edirəm ki. növbəti yarışda da tempimizi qoruya bilərik.

Şark bu gün öndə tək qalmasa və mənimlə birgə olsa, Maksın işini çətinləşdirərdik.

Sonda təhlükəsizlik maşını çıxsa, üçüncülük mümkün idi. Tempimə baxanda tiffozinin önündə podiuma yüksəlməyi ümid edirdim. Dəstəklərinə görə onlara təşəkkür edirəm. İlin sonuna qədər mübarizə aparacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*