F-1.az xatırladır ki, “qırmızılar” Bəhreyndə bərbad performans göstəriblər. Maks Ferstappen finiş xəttini Karlos Saynsdan 48 saniyə tez keçib.
Belə görünür ki, İtaliya komandası keçən il onları geriyə salmış təkər yeyilməsi və etibarsızlıq problemlərini həll edə bilməyib.
Karlos Sayns: “Ciddədə asfalt çox fərqlidir. Trasda arxa təkərlər yaxşı işləmir. Buna görə də düşünürük ki, növbəti yarışlarda işlər daha yaxşı olacaq. Saxir trası təkərə qarşı çox tələbkardır.
Əminəm ki, növbəti traslarda daha güclü olacağıq. Təkər yeyilməsi keçənilki kimi pisdir. Sadəcə Red Bull və Aston Martin bunun qarşısını ala bilir”.