F-1.az xatırladır ki, pis hava şəraitinə görə birinci qış testlərində sürücülər istədikləri kimi işləyə bilməmişdilər.
Karlos Sayns: “Məncə, təkərləri işlədə bilsək, nəticələrimizi 2 saniyə yaxşılaşdıra bilərik. Digər seriyalarda yarışanlardan öyrəndim ki, yeni asfalt qatı normal gündəkindən 1.5-2 saniyə sürətli olacaq. Bu il nəticələr daha yaxşı olacaq. Bir il əvvəlkinə nisbətən hər şey fərqli olacaq. Porebriklər də çox fərqlidir. Lakin, məncə, yenə də mükəmməl trasdır və testlər üçün ən yaxşı yerlərdən biridir. Yeni asfalt qatı təsiredici olacaq”.